meşəbərpa tədbirləri

Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb.

Meşələrin İnkişafı Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun rəisi Ramik Əşrəfov bildirib ki, iqlim-hava şəraiti əlverişli keçən Şəmkir, Göygöl, Bərdə, Şabran, Ağsu, Ağcabədi, Sabirabad rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən növbəti əkin mövsümünə start verilib, gün ərzində ümumilikdə 9 mindən artıq ağac əkilib, 370 kiloqram toxum səpilib.

Qeyd edilib ki, meşəbərpa tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş ağacları əkilir, toxumlar səpilir. Ağacəkmə aksiyalarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş əkin materiallarından istifadə olunur.

Əvvəlki məqaləCOP29-un Bakıda keçirilməsi beynəlxalq aləmdə Azərbaycana olan etimadın sübutudur
Növbəti məqalədəDünyanın 80-dən çox QHT-sinin iştirakı ilə COP29-la bağlı Qlobal Məsləhətləşmə görüşü keçirilib