Şabran rayonunun meşə fondu torpağında keçirilən ağacəkmə

Qərbi Kaspi Universitetinin Kollecinin “Meşə və meşə-park təsərrüfatı” ixtisası üzrə təhsil alan tələbələri “Beynəlxalq Meşələr Günü” ilə əlaqədar keçirilən ağacəkmə zamanı yeni meşə əkinləri, meşəbərpa tədbirlərinin aparılması üsulları və onların tətbiqi qaydaları ilə tanış olublar.

Ağacəkmə zamanı Meşələrin İnkişafı Xidmətinin, 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və tələbələrin iştirakı ilə gün ərzində 1750 ədəd Eldar şamı ağacı əkilib.

Əvvəlki məqaləBu gün Beynəlxalq Meşələr Günüdür
Növbəti məqalədəBeynəlxalq Meşələr Günündə 42 mindən artıq ağac əkilib