Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) rəis müavini İlqar Əsədov

Dünən qərb bölgəsində baş verən güclü külək və yağış nəticəsində şəhərinin infrastrukturuna ciddi ziyan dəyib. Səhər saat 8-ə olan məlumata görə 12 yaşayış binasının dam örtüyü tam və ya qismən dağılıb. Bundan başqa şəhərin yaşıllıq təsərrüfatına da ciddi zərər dəyib. Belə ki, 39 ədəd iri və xırda gövdəli ağac küləyin nəticəsində aşıb. Bu zaman səki, bardürlər və yol təsərrüfatı da zərər görüb. Küçə və prospektlərdə məhəccər və hasarlar aşıb, bunun nəticəsində də vətəndaşlara məxsus 5 avtomobil zədələnib.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) rəis müavini İlqar Əsədov deyib.

Onun sözlərinə görə Birliyin küçə işıqlandırılması sahəsinə də ciddi ziyan dəyib. Dünən güclü küləkdə 8 işıq dirəyi sıradan çıxıb, kərpicdən hörülmüş bir neçə barı uçub.

Bildirilib ki, dünən gecə təcili olaraq Gəncə Şəhər İcra Hakimiyyəti yanında fövqəladə hallar komissiyasında qərargah yaradılıb və bütün gecə boyu küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılıb. Gəncənin mərkəzində olan süni küknar ağacının aşmasına münasibət bildirən MKTİB rəsmisi qeyd edib ki, küknar ağacı bərkidilsə də küləyin güclü olması dəmir konstruksiyanı yıxıb.

Əvvəlki məqaləQərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb
Növbəti məqalədəQaxın Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 12 santimetrə çatıb