BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkədə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Əvvəlki məqaləHeydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəLerikdə meşə ərazisində baş verən yanğın lokallaşdırılıb