veloyürüş

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə veloyürüş təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşə müxtəlif yaş aralığında 25-dən çox iştirakçı qatılıb.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətində hərəkət edərək, Naftalan şəhərinə qayıdıblar. Onlar ümumilikdə 50 kilometrə qədər məsafəni qət ediblər. Yürüş şəhər sakinlərinin və turistlərin marağına səbəb olub.

Veloyürüş iştirakçıları Naftalan ŞİH-in təşəkkürnamə və sertifikatları ilə təltif olunublar.

Yürüşün məqsədi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair təsdiq olunmuş müvafiq tədbirlər planına əsasən ətraf mühitin mühafizəsi, yaşıl artım və sağlam həyat tərzinin geniş ictimaiyyətə aşılanmasıdır.

Əvvəlki məqaləGeologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib
Növbəti məqalədəEkoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?