Naxçıvanda torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mart ayında Şərur rayonunun Qorçulu kollektorunda 1,5, Muğanlı kollektorunda 1,8, Babək rayonunun Nehrəm kollektorunda 3, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda isə 1,9 kilometr olmaqla, ümumilikdə 8,2 kilometr kollektor lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 40, Babək rayonunun və Naxçıvan şəhərinin isə 65 hektar olmaqla, ümumilikdə 105 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.