yağış

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə muxtar respublika ərazisində isti hava şəraiti davam edir.

Mərkəzdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iyunun 6-7-də Naxçıvan şəhərində və Şərur rayonunun Arazboyu düzənlik ərazilərində havanın temperaturunun 34-38 dərəcə isti olacağı gözlənilir.

Muxtar respublika ərazisində gözlənilən yüksək temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Qeyd edək ki, 8-9 iyun tarixlərdə muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Əvvəlki məqaləGənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər keçirilir
Növbəti məqalədəAzərbaycanda yüksək və orta yanğın təhlükəsi gözlənilən bölgələr məlum olub