Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş

Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki məqaləCOP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Keniya gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb
Növbəti məqalədə“Tullantıları tinglərə dəyiş” aksiyası başlayıb