Aprelin 15-də növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), “Yaşıl ASAN” təşəbbüs qrupu və Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin həyətində təşkil olunacaq.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Aksiya Abşeron rayonunun Saray qəsəbəsi M.Müşfiq küçəsində yerləşən Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbdə saat 11-də başlayacaq.