Oğuzda güclü külək iri gövdəli ağacı park ərazisinə aşırıb

Oğuzda güclü külək iri gövdəli ağacı park ərazisinə aşırıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında veteranlar parkının həyətində qeydə alınıb.

Nəticədə parkdakı söhbətgahın dam örtüyünə ziyan dəyib.

Qeyd edək ki, hazırda rayon ərazisində güclü külək əsir.

Əvvəlki məqaləAlyaska Universitetinin professoru: “Azərbaycanın gələcəyi bərpa olunan enerji mənbələrindədir”
Növbəti məqalədəQuba-Xınalıq yolu qardan tam təmizlənib