Bakı şəhəri

Azərbaycanda dekabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Əvvəlki məqaləTedros Qebreyesus: 2024-cü ildə dünyada iqlim böhranının sağlamlığa təsirinə daha çox diqqət yetiriləcək
Növbəti məqalədəMüşfiqabadda 1500-dən çox Eldar şamı və zeytun ağacı əkilib