“Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans
“Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans

Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,5 milyon manatdan çox pul ödənilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov Gəncədə keçirilən konfransda qeyd edib.

Baş Prokurorluq tərəfindən Gəncədə təşkil olunan “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfransda çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, təmiz və sağlam ətraf mühitin təmin edilməsi yolunda dövlət qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrin koordinasiyalı fəaliyyəti, effektiv ekoloji qanunlar və yaşıl dünya üçün hüquqi yeniliklərin mühüm əhəmiyyəti var. Bu sahədə prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində işlər görülməkdədir.

“Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən ildə ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyəti üzrə göndərilib, 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib. Bundan başqa, 2023-cü ildə ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib”, – deyə Baş prokurorun müavini bildirib.

Əvvəlki məqaləProkurorluq işçiləri Gəncədə ağacəkmə kampaniyasında iştirak ediblər
Növbəti məqalədəZəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilir