Papua-Yeni Qvineyada torpaq sürüşməsi

Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670-dən çox insan həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə “PA Media” məlumat yayıb.

BMT-nin miqrasiya agentliyinin ölkədəki missiyasının rəhbəri Serhan Aktoprak bildirib ki, ölənlərin sayının artmasına səbəb Yambali kəndi və Enqa vilayətində 1300-dən çox evin torpaq altında qaldığına dair rəsmi məlumatlardır.

Bununla da 200-ə yaxın ev torpaq altında qalıb. Ərazidə geniş yayılmış qəbilə müharibəsi xilasetmə səylərini təhdid etdiyi üçün sağ qalanlar daha təhlükəsiz yerə daşınır.

Əvvəlki məqaləGürcüstanda güclü yağış fəsadlar törədib
Növbəti məqalədəErmənistanda su basmış ərazilərdən 232 nəfəri təxliyə edilib