Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa

Fevralın 20-də Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol rəsmi “X” hesabında məlumat verib.

Fatih Birol bildirib ki, COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçiriləcək müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etmək olacaq.

Məlumatda qeyd edilir ki, toplantıda dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edəcək.

Toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edəcək.

Əvvəlki məqaləBP: “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ilkin variantı hazırlanıb və dərc edilib
Növbəti məqalədəDünya Bankı ilə enerji sahəsi və COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib