Polşanın cənubunda güclü küləyin ağacları aşırması nəticəsində ikisi uşaq olmaqla beş nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Regional yanğınsöndürmə xidmətinin sözçüsü bildirib ki, Rabka-Zdruy şəhərində iki qadın və 6 yaşlı uşaq ölüb.
Bundan başqa, Tatra dağlarının ətəyində yerləşən Zakopane şəhərində ağacın avtomobilinin üzərinə aşması sonucunda bir qadın həlak olub. Eyni şəhərdə başqa bir ağac uşağın üstünə aşaraq öldürüb.