BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına hazırlıq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “PreCop28” hazırlıq görüşü öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də qatıldığı “PreCop28” hazırlıq görüşündə müxtəlif ölkələrdən 70 nazir və 100-dən artıq nümayəndə iştirak edir.

Tədbirdə iqlim dəyişmələri sahəsində danışıqların əsas siyasi aspektləri, o cümlədən qlobal emissiyaların 2030-cu ilə qədər 43 faiz azaldılması üçün konsensusa nail ola biləcək həlləri irəli sürmək kimi hədəflər müzakirə olunur.

Qeyd edək ki, hazırlıq görüşü oktyabrın 31-dək davam edəcək.

Əvvəlki məqaləƏlət Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
Növbəti məqalədəÖlkə ərazisində müşahidə olunan tozlu hava iki gün davam edəcək