Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov

Bu il bildiyimiz kimi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”dir, həmçinin ölkəmiz bu il COP29-a ev sahibliyi edəcək. Bu mövzuda gənclərlə müəyyən təşviqat işlərinin aparılması, onlarla birgə müəyyən məlumatlandırıcı xarakterli tədbirlərin keçirilməsi ilə bağlı Gənclər Fondu tərəfindən mütəmadi işlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov söyləyib.

Q.Xəlilov bildirib ki, bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” adlı gənclər forumu önəmli bir mövzuya həsr olunub. Enerji və təhlükəsizlik mövzusu forumun əsas qayəsidir. “Dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən mühüm tədbirlər, enerji ilə bağlı görülmüş işlər barədə gənclər mütəmadi olaraq məlumatlandırılır. Onlara bu sahədə təhlükəsizliyin nə qədər vacib olduğu çatdırılır. Ekoloji təhlükəsizliyə önəm verilməsi məsələləri ilə bağlı gənclərlə işlər aparılır, onların fikirləri dinlənilir. Biz Gənclər Fondu olaraq öhdəmizə düşən bütün vəzifələri bu istiqamətdə də icra etməyə çalışırıq”, – deyə Qədir Xəlilov əlavə edib.

Əvvəlki məqaləSon illər Azərbaycanda orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb
Növbəti məqalədəLondonda COP29-a hazırlıq haqqında məlumat verilib