külək

Gəncədə güclü külək əsir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, qərb bölgəsini əhatə edən bəzi rayonlarda da elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda küləkli hava şəraiti davam edir.

Əvvəlki məqaləQərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb
Növbəti məqalədəMKTİB rəsmisi: Güclü külək Gəncədə 39 ağacı aşırıb, 12 binanın dam örtüyünü dağıdıb