Gəncə şəhəri

Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Külək Gəncə şəhərinin bəzi hissələrində və yaxın rayonlarda elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

Qısaqapanma səbəbindən transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb.

Hazırda küləkli hava şəraiti davam edir.

Əvvəlki məqaləAvtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
Növbəti məqalədəQərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb