Qaxda ağacəkmə aksiyası

“Konstitusiya və Suverenlik İli” çərçivəsində martın 27-də Qax rayonunda ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Qax-Qaşqaçay-Armudlu və Qorağan-Qax-Zaqatala avtomobil yollarının kənarlarında 200-dən çox sərv ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir. Kampaniyanın il ərzində davam etdirilməsi nəzərdə tutulur.

Əvvəlki məqaləCənubi Koreya meşə yanğınları ilə mübarizə aparır
Növbəti məqalədəMyanmada baş verən zəlzələ nəticəsində 144 nəfər ölüb