Qaxda ağacəkmə aksiyası

“Yaşil dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Kürmük çayının sağ sahilində, köhnə çay yatağında, həmçinin rayonun ayrı-ayrı kəndlərində 600-dək müxtəlif ağac və gül kolu əkilib. Əkilən ağaclar və gül kolları suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir. Kampaniyanın il ərzində davam etdirilməsi nəzərdə tutulur.

Əvvəlki məqaləBMT nümayəndəsi: COP29-un qarşısında çox çətin məsələlərin həlləri dayanır
Növbəti məqalədəSabah Bakıda 13, regionlarda 16 dərəcəyədək isti gözlənilir