Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

Azərbaycanın MDB məkanındakı Türk dövlətləri arasında COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etmək hüququ qazanan ilk dövlət olmasını alqışlayırıq.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl “Azərbaycan” qəzetinə və APA-ya müsahibəsində deyib.

“Bu baxımdan bizim qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün gözəl imkanımız var və lazımi yardımı göstərməyə hazırıq”, – deyə Qazaxıstan Prezidenti vurğulayıb.

Əvvəlki məqaləAlimlər dünyanın ən qədim meşəsini aşkarladıqlarını açıqlayıblar
Növbəti məqalədəXəzər dənizində zəlzələ baş verib