QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib

Yanvarın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.

Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə fəaliyyətin gücləndirilməsi, həmçinin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.

Əvvəlki məqaləBritaniyalı ekspert: “Azərbaycan COP29-a özünəməxsus töhfə verə bilər”
Növbəti məqalədəLeyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib