Hazırda Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfərdə olması çox sevindirici haldır. Artıq Qırğızıstan da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-quruculuq işlərində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində aprelin 24-də Laçında keçirilən Qarabağda dayanıqlı inkişafa həsr olunmuş paneldə bildirib.
Fariz İsmayılzadə məlumat verib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qarabağda növbəti təhsil ocağının təməli atılacaq.