qar

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 17-si səhər saatlarından başlayaraq əvvəlcə sulu qar, daha sonra isə qar yağmağa başlayıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildiriblər ki, hazırda kənd ərazisində 2 santimetrədək qar var.

Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.

Əvvəlki məqaləBakıda bir neçə ərazidə ağaclar kütləvi quruyur
Növbəti məqalədəBakıda yaşıllaşdırma işləri aparılır