Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva

Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ölkəmizin bu istiqamətdə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsini şərtləndirir. Bu xüsusda da peşəkar medianın üzərinə ciddi məsuliyyət düşür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” təlimi çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, təlimin əsas məqsədi media nümayəndələri tərəfindən ölkə ictimaiyyətinin COP 29-la bağlı effektiv məlumatlandırılmasıdır. “Hədəfimiz media vasitəsilə ölkə reallıqlarını dünyaya çatdırmaqdır. Bunun üçün ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə jurnalistlər üçün silsilə təlimlərə başlamışıq. İnanırıq ki, bu təlimlər Azərbaycan jurnalistlərinin bu mövzuda peşəkar biliklərinin artmasına mühüm töhfə verəcək”, – deyə S.Şəfiyeva vurğulayıb.

Əvvəlki məqaləMisirli nazir: COP29-a hazırlıq çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edirik
Növbəti məqalədəASAP Kanadada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Forumu keçirib