dolu

Azərbaycanda aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında yüksək dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 15-20° isti, bəzi yerlərdə 23-25° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında yüksək dağlıq ərazilərdə havanın qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 15-20° isti, bəzi yerlərdə 23-25° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 26-31° isti olacağı ehtimal edilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə havanın qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı ehtimalı var.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 27-32° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

Əvvəlki məqaləCOP25-in vitse-prezidenti: Qarabağ və Şərqi Zəngəzur xalis sıfır emissiya zonasına çevrilə bilər
Növbəti məqalədəMuxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib