temperatur

Azərbaycanda noyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti, dağlarda 0-5°, gündüz 8-13° isti olacaq.

Əvvəlki məqalə“Dendrologiya Bağı” ilə Belarus Baş Botanika bağı arasında əməkdaşlıq Memorandumu imzalanıb
Növbəti məqalədəSabirabadda Zəfər Günü münasibətilə 10 min ağac əkilib