Sabirabadda “Yaşıl dünya naminə həmrəy olaq” adlı konsert

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbi Sabirabad rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Yaşıl dünya naminə həmrəy olaq” adlı konsert proqramından əvvəl təşkil edilən ağacəkmə aksiyası zamanı 100-ə yaxın dekorativ və meyvə ağacı əkilib.

Daha sonra şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivinin ifasında təqdim olunan konsertdə müxtəlif yerli və xarici bəstəkarların mahnıları, həmçinin aşıq havaları, xalq mahnıları ifa edilib, rəqs nömrələri nümayiş olunub.

Əvvəlki məqaləSabahdan etibarən “Təmiz hava” aylığına start verilir
Növbəti məqalədəGDU-da “COP29 – Ekoloji dayanıqlığa və yaşıl artıma diqqət” mövzusunda dəyirmi masa keçirilib