Sabunçu rayonu ərazisində kol-kos və qamışlıq ərazi yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 800 kvadratmetr sahədə kol-kos və qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub.

Əvvəlki məqaləSamuxda yanacaq avtomobili aşıb, 40 ton benzin yola dağılıb
Növbəti məqalədəEkologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edib