Şahdağ Turizm Mərkəzi

Şahdağ Turizm Mərkəzində qış mövsümünə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 1-dən etibarən mərkəzdə qış mövsümünün bağlanışı elan edilib və bütün xizək yamacları fəaliyyətini mövsümi olaraq yekunlaşdırıb.

Bundan əlavə mərkəzdəki “Gaya Residences” və “Zirvə” hotelləri də yay mövsümünün açılışınadək fəaliyyət göstərməyəcək. “Shahdag Hotel & SPA” isə ilboyu Şahdağda istirahət etmək istəyənlərin xidmətindədir.

Şahdağ Turizm Mərkəzində artıq yay mövsümünün hazırlıqlarına başlanılıb.

Əvvəlki məqaləQlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
Növbəti məqalədəIEA COP28, COP29 və COP30 arasında davamlılığı asanlaşdırmaq üçün yaradılmış “Troïka”nı dəstəkləyəcək