qar

Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolunu bağlayıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı yolunda qar daha keçilməz xarakter daşıyır. Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Əvvəlki məqaləFərid Şəfiyev: COP29-un Azərbaycana həvalə edilməsi ölkəmizin nüfuzundan xəbər verir
Növbəti məqalədəBakıda küləyin sürəti 32 m/s-dək güclənəcək, yollar buz bağlayacaq