Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi
Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Bu il sözügedən tədbirlə əlaqədar turizm sahəsindən gözləntilərimiz daha çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum çərçivəsində keçirilən “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” adlı paneldə Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi deyib.

“Postpandemiyadan sonra bərpa prosesləri dinamik formada davam edir. Ekologiya sahəsində yüksək inkişaf etmiş ölkə kimi tanınan Azərbaycanda COP29 tədbirinin keçirilməsi böyük uğurdur. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq”, – deyə assosiasiya sədri bildirib.

Əvvəlki məqaləŞimal bölgəsinə qar yağıb, temperatur mənfi səkkiz dərəcəyə düşüb
Növbəti məqalədə2027–ci ildə ölkəmizdə yaşıl enerji istehsalı 30 faizə çatdırılacaq