Yanvarın 10-u səhər saatlarından başlayaraq Quba, Xaçmaz və Şabran rayonlarının ərazisinə yeni ilin ilk qarı yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarın hündürlüyü Qubanın mərkəzində, Qusarın Ləzə kəndində, Xaçmaz və Şabran rayonlarında 1 santimetr olub. Həmişəkindən fərqli olaraq, bu dəfə yüksək dağlıq ərazilərdə qar qeydə alınmayıb.
Qubanın Qırız kəndində temperatur mənfi 8, Xızının Altıağac qəsəbəsində isə mənfi 6 dərəcəyə düşüb.