AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM)

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) martın 27-də saat 11:00-da “Açıq qapı” günü keçirəcək.

RSXM-nin Elektron xidmətlər şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 1902-ci ildən bu günə qədər, yəni son 122 ildə Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdiriləcək.

Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar olacaq. Eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında məlumatlar iştirakçılara təqdim olunacaq.

Tədbirdə AMEA rəhbərliyi, ali məktəblərin tələbələri və orta məktəb şagirdləri iştirak edəcəklər.

Əvvəlki məqaləTərtərdə növbəti ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəŞahdağa 54 sm qar yağıb, dağlıq ərazilərdə şaxta olub