Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov
Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov

Ölkəmizdə beynəlxalq əhəmiyyətli 2 böyük su-bataqlıq ərazisi mövcuddur. Bunlar Qızılağac və Ağgöl milli parklarıdır ki, bu ərazilərdə çoxsaylı su-bataqlıq quşları qışlayır və yuvalayır. Bunu Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib.

“Ağgöl və Qızılağac milli parkları mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il mayın 25-də “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib”.

E.Sultanov qeyd edib ki, su-bataqlıq əraziləri biomüxtəliflik cəhətdən çox zəngin ərazilərdir. Bu ərazilər biomüxtəlifliyə, iqlimin yumşaldılmasına və iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verən əhəmiyyətli ekosistemlərdir.

“Hazırda Ağgöl milli parkında alimlər, tələbələr və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları ilə bu günü qeyd edirik. Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeridir. Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir”.
Əvvəlki məqaləBMT-nin İnkişaf Proqramının nümayəndə heyətiylə görüş keçirilib
Növbəti məqalədəMilli Hidrometeorologiya Xidmətində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib