Sumqayıt Şəhər Prokurorluğu

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə ictimai maraq nəzərə alınaraq, aprelin 16-da Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü” keçirilib.

Tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər prokuroru Mürvət Həsənov qonaqları şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə məlumatlandırıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Sonra suallar cavablandırılıb, “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş etdirilib.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.

Əvvəlki məqaləBayram günlərində milli parkları 5 mindən artıq turist ziyarət edib
Növbəti məqalədəGənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir