Sumqayıt

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 19-da Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağacəkmə aksiyası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində yolun kənarlarında 17 min ağac əkilib. Yeni əkilən yaşıllıqlar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

Noyabr ayının əvvəlinədək ərazidə davam edəcək aksiya zamanı 300 min ağacın əkilməsi nəzərdə tutulub.

Əvvəlki məqaləBakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gündüz monitorinqləri yekunlaşıb
Növbəti məqalədəPaytaxtda növbəti ağacəkmə aksiyası keçirilib