“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər, veteranlar, idarə, müəssisə və təşkilatların kollektivləri, İnzibati Ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, konüllülər iştirak ediblər.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 1000 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.