Tərtərdə ağacəkmə aksiyası

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə Bala Kəngərli kəndi ərazisində keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 2000 sərv ağacı əkilib. Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Əvvəlki məqalə“Bizim həyət” layihəsi çərçivəsində Şirvanda növbəti abadlıq işləri görülüb
Növbəti məqalədəQəbələdə ətraf mühitin qorunmasına həsr edilən əl işləri nümayiş olunub