Tərtərdə Zəfər Günü münasibətilə ağacəkmə aksiyası

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Zəfərimizin üçüncü ildönümü münasibətilə Tərtərdə ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Tərtər şəhərinin Heydər Əliyev prospektində, Mahir Əsədov, Rasim Mürsəlov, Mehdi Hüseynzadə, Elman Hüseynov küçələrində və digər ərazilərdə 100 ədəd Eldar şamı və 100 ədəd sərv ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləİctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı sərt şəkildə qınanılıb
Növbəti məqalədəMilli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb