Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova

“Tullantıları azaltmağın yeganə yolu onların təkrar emalı və daha az istifadə olunmasıdır”.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova “Gənclik” parkında təşkil olunan “Tullantıları hədiyyələrə dəyiş” adlı festivalda deyib.

Beynəlxalq Sıfır Tullantı Gününün həm qlobal miqyasda tullantıların idarə edilməsinin gücləndirilməsində, həm də davamlı istehlak və istehsal nümunələrinin təşviq edilməsində vacibliyini vurğulayan şöbə müdiri qeyd edib ki, qardaş Türkiyə tərəfindən irəli sürülən təşəbbüs nəticəsində 2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü elan edilib.

“Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da tullantıların azaldılması üçün müxtəlif təşəbbüslər həyata keçirilir. Hazırda “Gənclik” parkında keçirilən “Tullantıları hədiyyələrə dəyiş” adlı festivalın keçirilməsində məqsəd insanlarda tullantıların düzgün idarə olunması və çeşidlənməsi vərdişlərini formalaşdırmaqdır”,- deyə S.Məmmədova bildirib.

Əvvəlki məqaləBu gün Bakının 543 küçəsi yuyulub
Növbəti məqalədəGürcüstanda 4,8 bal gücündə zəlzələ olub