“Tullantıları tinglərə dəyiş” aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən “Tullantıları tingə dəyiş” aksiyası Sumqayıt şəhərində yerləşən “Bravo” supermarketin qarşısında keçirilib.

Aksiya zamanı ümumi tutumu 158 litr olan plastik, 53 litr şüşə və 167 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 200 ədəd ting paylanılıb.

Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və yaşıllıqların artırılmasına dəstək olmağa çağırırıq.
Əkdiyiniz tinglərin şəkillərini bizimlə bölüşə bilərsiniz.
Əvvəlki məqaləİqlim dəyişikliyinin meşələrə təsiri
Növbəti məqalədəUlu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilib