zəlzələ

Noyabrın 13-də saat 18:58-də Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınıb.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub.

Yeraltı təkanların episentiri 10 km dərinlikdə yerləşib.

Əvvəlki məqaləAzərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar saxlanılıb
Növbəti məqalədəBakıda havada dəm qazı normadan artıqdır