zəlzələ

Türkiyənin şərqində 4,2 maqnitudalı zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Elazığ vilayətində baş verib. Zəlzələ ocağı 9,36 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində dağıntılar qeydə alınmayıb.

Əvvəlki məqaləİlin son günü hava əsasən yağmursuz olacaq
Növbəti məqalədə“Qızılağac Milli Parkı – Xəzər nağılı” sənədli filminin təqdimatı keçirilib