Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə laçınlıların müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrin iştirak etdikləri aksiyada əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Aksiya zamanı əraziyə 101 ədəd həmişəyaşıl, 200-dən çox digər növ ağaclar əkilib. Yeni əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləDendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib
Növbəti məqalədəAzərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib