ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva

İqlim dəyişiklikləri bəşəriyyət üçün böyük çağırışdır”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən Dəyirmi masada deyib.

O qeyd edib ki, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır.

U. Tağıyevanın sözlərinə görə, noyabrda qonşu ölkələrdə müşahidə olunan bu proseslər bəşəriyyət üçün böyük çağırışdır:

“Çox təəssüf ki, ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrdə iqlim dəyişiklikləri fəsadlar törədir. Yaxın illərdə bu iqlim dəyişikliklərinin sayı artacaq. Bu, bəşəriyyət üçün böyük çağırışdır”.

O qeyd edib ki, İqlim Dəyişmələri üzrə 28-ci Konfransda (COP 28) Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Bu tədbirdə ölkənin ümumi qlobal tövsiyəsi, ölkədə görülən işlər, iqlim dəyişmələri ilə bağlı ətraflı məlumat veriləcək.

Əvvəlki məqaləDənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi rayonlara qar yağıb
Növbəti məqalədəQuş qripi Argentinada iki yüzdən çox flaminqonun məhvinə səbəb olub