iməclik

Martın 9-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın əsas 502 küçə və prospekti yuyulub.

Səhər saatlarından etibarən şəhər icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən paytaxt küçələrinin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik, abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, Novruz bayramının təmiz şəhərdə, xoş əhvali-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir.

Əvvəlki məqaləŞamaxıda palçıq vulkanı püskürüb
Növbəti məqalədəProfessor Laslo Vasa: Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir