Hörmətli alimlər və tədqiqatçılar,
Məlum olduğu kimi, 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində World Urban Forum 13 (WUF13) keçiriləcəkdir. World Urban Forum 13 BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat tərəfindən təşkil olunan və hər iki ildən bir baş tutan ən nüfuzlu qlobal şəhərsalma platformalarından biridir. Forum çərçivəsində şəhər inkişafı, dayanıqlı urbanizasiya, mənzil təminatı və inklüziv şəhər modelləri ilə bağlı aktual məsələlər müzakirə olunur.
Bu mötəbər tədbirin ölkəmizdə yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Həmin sənəddə ali təhsil müəssisələrində və elmi təşkilatlarda yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili, elmi tədqiqatların və innovativ yanaşmaların təşviqi xüsusi yer tutur.
Biz alim və tədqiqatçılar olaraq “WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirməklə bu qlobal təşəbbüsə elmi və innovativ töhfə verməyi qarşıya məqsəd qoymuşuq.
Konfrans haqqında:
2026-cı ilin may ayının sonunda ( 29-30 may) “WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” adlı beynəlxalq elmi-praktiki konfransın keçirilməsi planlaşdırılır.
Konfransın tərəfdaşları:
– Cenevrə Universiteti
– Qətər Universiteti
– Rəcəb Tayyib Ərdoğan Universiteti
– Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyi
– “Hİlal” Sosial Araşdırmalar Mərkəzi
– Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi
– “Ulduz” Informasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə Ictimai Birliyi
– Digər yerli və xarici universitet və tədqiqat mərkəzləri (tam siyahı əlavə olaraq açıqlanacaq)
Tezis qəbulu:
Konfransda iştirak etmək istəyən tədqiqatçılar tezislərini 30 aprel 2026-cı il tarixinədək təqdim edə bilərlər.
📌 Tezis tələbləri:
• Həcmi: 3–5 səhifə
• Şrift: Times New Roman, 14 ölçü
• Sətirarası interval: 1.5
• Dillər:
Azərbaycan, türk, rus və ingilis.
Konfrans materialları elektron formada və kitab şəklində nəşr olunacaq və iştirakçılara rəsmi sertifikat təqdim ediləcəkdir.
Müzakirə istiqamətləri:
Konfrans çərçivəsində aşağıdakı mövzular üzrə məruzələr qəbul edilir:
• İnklüziv şəhər inkişafı
• Yaşıl şəhərlərin qurulması
• Şəhərsalmada təhlükəsizlik və ədalətlilik prinsipləri
• Şəhər infrastrukturu sahəsində investisiyaların sürətləndirilməsi
• Şəhər planlaşdırılmasında innovativ yanaşmalar
• Şəhərsalmada etik göstəricilər
• Müharibə və köçkünlüyün şəhər təhlükəsizliyinə təsirləri
• Şəhərsalma fəlsəfəsi və mədəniyyəti
• İqlim dəyişikliklərinin şəhərsalma prosesinə təsiri
• İnklüziv təhsilin şəhərsalmada rolu
• Dayanıqlı inkişaf məqsədləri və insan inkişafı
• Süni intellektin müasir şəhərsalma sistemlərində tətbiqi
• Yerli şəhər infrastrukturunun qlobal standartlara uyğunlaşdırılması
• Bələdiyyə və icmaların davamlı şəhər inkişafında rolu
• Xəzər dənizinin səviyyə dəyişikliklərinin şəhər infrastrukturuna təsiri
• Qarabağda şəhər infrastrukturunun beynəlxalq standartlara uyğun qurulması
Məqsədimiz
Konfransın əsas məqsədi ölkəmizdə keçiriləcək WUF13 tədbirinin hədəflərinə elmi-innovativ dəstək vermək, beynəlxalq elmi əməkdaşlığı genişləndirmək və inklüziv şəhər inkişafı istiqamətində yeni ideyaların formalaşdırılmasına töhfə verməkdir.
📩 Tezislər aşağıdakı e-mail ünvanına göndərilməlidir:
baku.wuf13@gmail.com
📞 +994 70 757 17 49
Hörmətlə,
“WUF13 hədəfləri çərçivəsində inklüziv ideyalar” mövzusunda keçiriləcək Beynəlxalq Elmi-Praktiki Konfransın Təşkilat Komitəsi







