26 sentyabr “Beynəlxalq dəniz günü” ilə əlaqədar ölkəmizdə sentyabr ayının son həftəsi “Xəzər həftəsi” elan olunub.
Xəzər həftəsi çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin mütəxəssisləri tərəfindən Cəlilabad rayon Ocaqlı kənd Şamil Nəzərov adına 1 saylı tam orta məktəbin, Həmid Tağıyev adına 2 saylı Sabirabad kənd tam orta məktəbin, Quba rayonu Zəki Kərimov adına 1-ci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinə maarifləndirici tədbirlər keçirilib.
Görüşlər çərçivəsində şagirdlərə Xəzər dənizinin ekosistemi, dənizdə yaşayan balıq növləri, su bitkiləri və digər canlılar haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Şagirdlərə ətraf mühit sahəsində dərsdənkənar vəsaitlər hədiyyə olunub.
Eyni zamanda, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə 30 nəfər gəncə “Xəzər dənizinin fiziki-coğrafi mövqeyi və ekoloji problemləri” mövzusunda məlumatlar verilib, gənclərlə qrup işi aparılıb.